Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır

11:23 | 27.01.2020
Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır

Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır

Bəzi köşklər siqaretin qiymətini bahalaşdırıb. 

Anews.az xəbər verir ki, həmin köşklər qiyməti 2 manata qədər olan siqaretləri 10 qəpik, 2 manatdan yuxarı  olanları isə 20 qəpik baha satır. 

Bir sıra satış nöqtələrində isə siqaret əvvəlki qiymətə olsa da, "limit”lə satılır. Belə ki, alıcılara 2 qutudan artıq  verilmir. 

Apardığımız araşdırma zamanı bəlli olub ki, bu, siqaretlərin yaxın günlərdə bahalaşacağı barədə xəbərlərlə əlaqədardır. Həmçinin, topdansatış məntəqələri də pərakəndə satış obyektləri üçün limit tətbiq edib.

(yenisabah)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM