Şir Tbilisi sakininə hücum edib

17:50 | 17.06.2015
Şir Tbilisi sakininə hücum edib

Şir Tbilisi sakininə hücum edib

Gürcüstan paytaxtında şir insana hücum edib.

APA-nın "apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Tbilisidəki Qəhrəmanlar Meydanı istiqamətində, "Laquna Vere” keçmiş üzgüçülük hovuzunun ərazisində sakinlər şir görüblər.
 
Şahidlər həmin şirin bir kişiyə hücum etdiyini bildiriblər. Ərazidə yerləşən anbarın sahibi bu məkana girərkən şir gizləndiyi yerdən çıxıb və ona hücum edib. Şahidlər kişinin yerdə hərəkətsiz uzandığını deyiblər. Ətrafdakı insanlar qaçıblar.  Hadisə yerinə patrul polisi gəlib. Sakinlər şirin öldürülməsini tələb ediblər.  

Xatırladaq ki, Tbilisidə baş vermiş daşqın şəhərdəki zooparkın dağılmasına səbəb olub. Nəticədə zooparkdakı bir çox vəhşi heyvan qaçıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM