Siracla Məhərrəmin cənazələri Bakıya gətirildi

09:19 | 05.06.2021
Siracla Məhərrəmin cənazələri Bakıya gətirildi

Siracla Məhərrəmin cənazələri Bakıya gətirildi

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan, "Azərtac" Xəbər Agentliyinin əməkdaşı Məhərrəm Əli oğlu İbrahimov və AzTV telekanalının operatoru Sirac Abışovun cənazəsi Bakı şəhərinə gətirilib.

Trend  xəbər verir ki,​ M.İbrahimovun cənazəsi Bakının Binəqədi rayonuna, S.Abışovun nəşi isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadıqları evə gətirilib.

Cənazələr ailə üzvlərinə təhvil verilib.

Jurnalistlərlə vida mərasimi bu gün səhər saatlarında keçiriləcək. M.İbrahimov Abşeron rayonu, Şuraabad kənd qəbiristanlığında, S. Abışov isə Sumqayıt şəhərindəki H.Z.Tağıyev qəsəbə qəbiristanlığında dəfn ediləcək.







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb