Şirvanda toyda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanaya yerləşdirilib - VİDEO

22:20 | 19.07.2019
Şirvanda toyda kütləvi zəhərlənmə baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə "Yeganə” şadlıq sarayında qeydə alınıb.
Belə ki, toy mərasimi davam edərkən yayılan pirotexniki tüstüdən iştirakçılar arasında kütləvi zəhərlənmə olub.

Tüstüdən zəhərlənənlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanada verilən məlumata görə, ən az 10 nəfər zəhərlənmə şikayəti ilə daxil olub.
Bu, hələlik ilkin məlumat olduğundan araşdırmalar aparılır.
 



www.anews.az
loading...

Xəbər lenti