Siyasi məhbusların müraciətinə ayrıca baxılmayıb - ZAHİD ORUC

14:36 | 19.05.2022
Siyasi məhbusların müraciətinə ayrıca baxılmayıb - ZAHİD ORUC

Siyasi məhbusların müraciətinə ayrıca baxılmayıb - ZAHİD ORUC

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasında Qeyri Hökümət Təşkilatlarının, beynəlxalq qurumların siyasi məhbus kimi tanıdığı insanların müraciətinə ayrıca baxılmayıb. Bunu anews.az-a açıqlamasında parlamentin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili, Əfv Komissiyasının üzvü Zahid Oruc bildirib.
 
"Bu kateriqoriyadan olan insanlar siyasi məhbus deyil, partiya mənsubiyyətinə və fəaliyyətinə görə qiymətləndirilən şəxslərdir. O şəxslərin işinə ayrıca məhbus kimi baxılması mümkündür. Ümumilikdə bir siyahı əsasında belə bir müzakirə aparılmayıb. Bir müddət öncə bir neçə xarici ölkə səfirləri bu məsələlərlə bağlı mənimlə görüşdülər. Onlar müəyyən siyahı irəli sürmüşdülər. Amma Azərbaycan dövlətinin iradəsi konkret şəxslərin üzərindən deyil, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üzərindən çalışır", - Zahid Oruc bildirib.
 
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası 400-dən çox şəxsin müraciətinə baxıb. 
 
Mayın 28-də Respublika günü ilə əlaqədar əfv sərəncamının verilməsi nəzərdə tutulub. 
 
Baş tutacaq əfv sərəncamı sayca 68-ci əfv sərəncamı olacaq. 
 

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb