Siyavuş Novruzov: "Kərki, Nüvədi və Qazaxın kəndləri ermənilər tərəfindən boşaldılır" - VİDEO

11:59 | 20.01.2021
Siyavuş Novruzov:

Siyavuş Novruzov: "Kərki, Nüvədi və Qazaxın kəndləri ermənilər tərəfindən boşaldılır" - VİDEO

Milli Məclisin deputatı Siyavuş Novruzov ötən gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə çıxdığı debat zamanı Kərki, Nüvədi və Qazax rayonunun işğal altında olan kəndlərinin ermənilər tərəfindən boşaldıldığını iddia edib.

Anews.az xəbər Müsavat-a istinadla xəbər verir ki, millət vəkili sərhədlərin tanınması prosesinin getdiyini bildirib:

"İndi sərhədlərin tanınması gedir. Bir-bir boşaldılır. Qazaxı misal göstərdi (opponenti Əli Əliyevi nəzərdə tutur), Naxçıvanda Kərkini (Sədərək rayonunun inzibati ərazi vahidində kənd) artıq boşaldırlar, ermənilər tərəfindən Nüvədi (Zəngəzur mahalında kənd) kəndi boşaldılır, hansı ki 1924-cü ildən onların nəzarəti altındadır. Bunların hamısı boşaldılır, Azərbaycanın sərhədləri tanınır və sərhədlərə də azərbaycanın sərhəd qoşunları nəzarət edəcək".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb