Sosial şəbəkələrdə Milli Məclisin deputatı YAP-çı Siyavuş Novruzovun çörəyin qiymətinin bahalaşması ilə bağlı dediyi fikirlər müzakirəyə səbəb olub. İddia edilir ki, deputat çörəyin insana lazım olmadığını, kökəltdiyini və onları əxlaqsız etdiyi barədə fikirlər səsləndirib.
"Qafqazinfo” xəbər verir ki, S. Novruzov sosial şəbəkədə müzakirə edilən həmin fikirlərə aydınlıq gətirib. O bildirib ki,sosial şəbəkələrdəki bəzi səhifələrdə onun adımdan həqiqətə uyğun olmayan və reallığı əks etdirməyən sözlər yayılır:
Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır. Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur.
Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.
Qeyd edək ki, deputat onun adından yayılan bu açıqlamaya görə dünəndən sərt tənqid olunurdu.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !