Unibank sizi arzularınıza qovuşdurur! Bankdan götürdüyünüz bir neçə yüz manatlıq kreditin müqabilində , hədiyyəniz on minlərlə manat qiyməti olan avtomobil olacaq. Nə az, nə çox- düz 3 AVTOMOBİL - Nissan Sunny, Nissan Tiida və Nissan Altima bankınızdan sizə hədiyyə. İllərlə xəyal etdiyiniz avtomobil arzunuzu, cəmi bir neçə dəqiqə ərzində reallaşdıra bilərsiniz. Bunun üçün sadəcə şəxsiyyət vəsiqənizi götürüb, Unibank-ın ən yaxın filialına kredit üçün müraciət etməyiniz kifayətdir. Tərəddüdlərinizə Unibank-la son qoyun ki, əlçatmaz arzularınıza da Unibank-la qovuşasınız!
Üstəlik, kampaniya çərçivəsində kredit götürən müştərilərə 3% endirim edilir.
Unibank-ın dekabrın 10-dan başlayan “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin” adlı lotereyası çərçivəsində, bankın 3 müştərisi avtomobil əldə etmək şansı qazanacaq. Bu gündən 10 mart 2014-cü il tarixinədək Unibank-dan kredit götürən bütün müştərilər, lotereya oyununun iştirakçısı olacaqlar.
Lotereya oyunu 3 tirajda keçiriləcək. Hər tirajın baş mükafatı avtomobildir. Yanvar, fevral və mart aylarında keçirilən uduş tirajları zamanı – hər ay bir nəfər avtomobil qazanacaq. 1-ci tirajın qalibi Nissan Sunny, ikinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə Nissan Altima markalı avtomobilin sahibi olacaq.
Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 İPhone 5 telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.
Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü Nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD –si 2 şans kimi qiymətləndiriləcək. Məsələn, təkrar müştəriyə 780 AZN və ya 780 USD kredit rəsmiləşdirilərsə, bu zaman müştəri lotereyada iştirak üçün 7 şans əldə edir. Əgər qeyd edilən məbləğ Bank üçün yeni müştəriyə rəsmiləşdirilərsə, bu zaman həmin müştəri lotereyada iştirak üçün 2 dəfə artıq- yəni 14 şans əldə edir.
Unibankdan kredit götürün ki, hədiyyəniz avtomobil olsun!
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.
ANN.Az