Skandal: prezident köməkçisinin hərəkəti təəccüblə qarşılandı

13:04 | 19.02.2015
Skandal: prezident köməkçisinin hərəkəti təəccüblə qarşılandı

Skandal: prezident köməkçisinin hərəkəti təəccüblə qarşılandı

ABŞ-da müdafiə naziri təyin olunan eşton Karterin andiçmə mərasimində ABŞ prezidentinin köməkçisi Co Baydenin qeyri-adi hərəkəti skandala səbəb olub.

ANN.Az xəbər verir ki, Co Bayden tədbirdə iştirak edən Karterin həyat yoldaşı Stefaniya Karteri yanına çağırıb. Nazir Karter öndə nitq söyləyərkən Co Baydenin əllərini xanım Karterin çiyninə qoyması və əyilərək qulağına nəsə pıçıldaması media nümayəndələrinin gözündən qaçmayıb. Bir vəzifə sahibinin digər bir vəzifə sahibinin həyat yoldaşı ilə "yaxından əlaqə yaratması" və fiziki təması ABŞ ictimaiyyətində mübahisə mövzusuna çevrilib.

Ötən ilin dekabr ayında keçmiş müdafiə naziri Cak Hegel istefa vermiş və prezident Barak Obama onun yerinə namizdə olaraq Eşton Karteri göstərmişdi. Senat 5 səs əleyhinə, 98 səs lehinə olmaqla Karteri müdafiə naziri postuna təsdiq etmişdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM