• $
  • €
  • ₽
  • ₺
  • £

Skolioz xəstələri hərbi xidmətə aparılır?

Skolioz xəstələri hərbi xidmətə aparılır?
29.05.2020 08:28
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən skolioz xəstələrinin hərbi xidmətə yararlığı ilə bağlı açıqlama verilib. Xidmətdən ANS PRESS-ə verilən məlumata görə, onurğanın əyrilikləri (I-ci mərhələ skolioz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarilxi 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 66 "ç" maddəsinə aiddir və "Hərbi xidmətə yararlıdır A-3" qərarına uyğundur: “Həmin şəxslər qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəklər. Ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqlar. Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr, 31 mart, 30 iyun və 30 sentyabr tarixindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər”.Xidmətdən sıradankənar hərbi xidmət məsələsinə də aydınlıq gətiriblər: “Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçularhəmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifəlilərə təyin edilirlər”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmilə Bayramova: Mürəkkəb genetik identifikasiya xüsusi yanaşma tələb edir
Cəmiyyət 13:33
Cəmilə Bayramova: Mürəkkəb genetik identifikasiya xüsusi yanaşma tələb edir
Abşeron xəstəxanasında baş həkimin müavini bıçaqlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 13:01
Abşeron xəstəxanasında baş həkimin müavini bıçaqlanıb, şübhəli saxlanılıb
Sabah yağış yağacaq - proqnoz
Cəmiyyət 12:44
Sabah yağış yağacaq - proqnoz
Rüfət Əliyev: HTBİ-də 328 itkin şəxsin genetik identifikasiyası aparılıb
Cəmiyyət 12:04
Rüfət Əliyev: HTBİ-də 328 itkin şəxsin genetik identifikasiyası aparılıb
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya dövlət başçılarının görüşünə sədrlik edəcək
Cəmiyyət 11:44
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya dövlət başçılarının görüşünə sədrlik edəcək
Adı mətbuatda hallanan lisey direktoru istefa verib
Cəmiyyət 11:14
Adı mətbuatda hallanan lisey direktoru istefa verib
Əsəb sistemi xəstəlikləri üzrə ilk 5 rayonun adı açıqlanıb
Cəmiyyət 10:45
Əsəb sistemi xəstəlikləri üzrə ilk 5 rayonun adı açıqlanıb
DİN: Azərbaycanda bir gündə 46 cinayət qeydə alınıb
Cəmiyyət 10:14
DİN: Azərbaycanda bir gündə 46 cinayət qeydə alınıb
Akif Quliyev: Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Cəmiyyət 09:41
Akif Quliyev: Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol