"Skype" istifadəçilərinə - Xəbərdarlıq

23:28 | 25.12.2014

"Skype" istifadəçilərinə - Xəbərdarlıq

"Reddit" xidmətinin "Ponkers" nikli istifadəçisi "Skype" xidmətinin müştərisinin təhlükəsizliyi ilə bağlı zəiflik olduğu barədə məlumat verib.

ANN.Az Qaynar.info-ya istinadən xəbər verir ki, aydın olub ki, cinayətkarlar zəiflikdən istifadə edərək, heç nədən şübhələnməyən istifadəçini dinləyə və ya ona baxa bilərlər.

Belə ki, cinayətkar istifadəçinin Android-müştərisini ona zəng etməyə vadar edə bilər. Zəiflikdən istifadə etmək üçün Xidmətin akkauntuna bağlı (tətbiqetmənin mobil və ya stolüstü variantı) "Skype" tətbiqetməsinin olduğu iki qurğu lazımdır. Zəng "Skype"da quraşdırılmış A qurğusu ilə həyata keçirilir. Zəng başlayarkən A qurğusu internetdən ayrılır, bundan sonra zəng edilən qurğu geriyə zəng edir. Bu şəkildə "Skype" avtomatik olaraq həqiqətdə olmayan "itirilmiş əlaqə”ni bərpa etməyə çalışır.

İstifadəçi bu əlaqəni hər zaman qura bilmədiyini, cəhdinin yalnız üç haldan təxminən birində baş tutduğunu bildirib. Bununla belə, onun "Reddit"dəki yazısı "Galaxy S4" və "Nexus 5" kimi qurğulardan istifadə edərək anoloji təcrübəni təkrarlamağa müvəffəq olan istifadəçilərdən gələn çoxlu sayda şərh toplayıb.

Bundan başqa, belə bir məlumat da ortaya çıxıb ki, zəifik "Skype"nin Şəxsi kompüterlər variantında da mövcuddur.

"Microsoft" mütəxəssisləri artıq zəiflik barədə xəbərdardırlar. Onlar bunun üzərində çalışırlar. Lakin Yeni il tətilləri yaxınlaşdığından problemin aradan qaldırılması adi vaxtdan çox vaxt ala bilər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM