"The Verge” nəşri yazır ki, "Microsoft” şirkəti altı ay sınaqlardan sonra "Windows” istifadəçilərinə "Skype Translator” (real vaxt rejimində səsli zənglər və mətn mesajları tərcümə etməyə imkan verən proqram) quraşdırmaq imkanı verib.
"ICTnews" elektron xəbər xidməti "tjournal.ru” saytına istinadən bildirir ki, "Skype Translator” proqramının ilk sınaq relizi ispan və ingilis dillərinin tərcüməsinə imkan verən 50 min istifadəçi üçün əlçatan olub. "Microsoft” korporasiyası mayın 12-də proqrama italyan və Çin dilləri əlavə edilib.
"Skype Translator”, həmçinin mətn mesajlarını 44 müxtəlif dilə tərcümə edə və onlayn rejimdə öyrənə bilər: səsi tanımaq, nitqi təhlil etmək, istifadəçinin aksenti və tez-tez istifadə etdiyi sözlər.
"Microsoft” ilk dəfə 2012-ci ildə bu funksiyanı nümayiş etdirib.
Yalnız "Windows” istifadəçiləri ("Windows 8” və ya "Windows 10” versiyaları) "Skype Translator” proqramının sınaq versiyasını quraşdıra bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !