SkyPort: Sazz 4G Internetdən saniyədə 100 meqabitlik simsiz ayrılmış xətt

13:29 | 26.11.2013
SkyPort: Sazz 4G Internetdən saniyədə 100 meqabitlik simsiz ayrılmış xətt

SkyPort: Sazz 4G Internetdən saniyədə 100 meqabitlik simsiz ayrılmış xətt

Sazz 4G provayderi İnternetə yüksək sabit sürətlə kəsintisiz çıxışı təmin edən ayrılmış simsiz xətt xidməti göstərməyə başlayıb. SkyPort adı ilə təqdim olunan bu məhsul müasir 4G texnologiyaları ilə dəstəklənir və bir sıra mühüm üstünlükərə malikdir. Belə ki, SkyPort məhsulu abunəçilərə saniyədə 5 meqabitdən başlayan və 100 meqabitə qədər təyin oluna bilən sabit ötürmə sürəti ilə təqdim olunur. Bu məhsul Sazz 4G İnternet şəbəkəsinin əhatə dairəsindən asılı olmadan həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilər. SkyPort ayrılmış xəttin üstünlükləri arasında həmçinin onun sərt iqlim şəraitinə və mövsüm amillərinə daha davamlı olması qeyd olunmalıdırXidmətin daha bir üstünlüyü onun daşınabilən olmasıdır. Gələcəkdə ünvan dəyişikliyi baş verdikdə abunəçi SkyPort avadanlığının yeni mövqeyə keçirilməsi üçün müraciət edə bilər. SkyPort həmçinin məlumatların təhlükəsizliyi baxımından da tam arxayınlıq verir. SkyPort ayrılmış simsiz internet xətti həm əsas, həm də ehtiyat (back-up) xətti kimi istifadə oluna bilər.Yeni məhsulun əsasən hüquqi şəxslər üçün nəzərdə tutulduğuna baxmayaraq ondan fiziki şəxslər faydalana biləcəklər. SkyPort məhsulu barədə ətraflı məlumatı Sazz 4G provayderinin 191 qaynar xətt nömrəsindən əldə etmək mümkündür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM