Slovakiya ancaq xristianlara sığınacaq verir

18:58 | 21.08.2015
Slovakiya ancaq xristianlara sığınacaq verir

Slovakiya ancaq xristianlara sığınacaq verir

Slovakiyanın daxili işlər nazirliyi avqustun 20-də bildirib ki, yalnız 200 xristian suriyalıya sığınacaq verəcək. Bu, Avropa Birliyinin digər üzvlərinin tənqidinə səbəb olub.

Nazirliyin sözçüsü Michaela Paulenova-nın sözlərinə görə, ölkə ona görə ancaq xristianları qəbul etmək qərarı verib ki, "onların cəmiyyətimizə rahat inteqrasiya potensialı böyükdür”. O, Slovakiyada müsəlmanların az olduğunu, məscidin olmadığını bildirib.

"Biz dinə qarşı deyilik, bu, diskriminasiya deyil. Bu, Slovakiyanın inteqrasiyanı uğurlu etmək cəhdidir. Bu adamlar Slovakiyaya gəlib sonra gedəcəklərsə, həmrəyliyimiz saxta və qeyri-səmimi olacaq”.

BMT və Avropa rəsmiləri isə bununla razılaşmayıb.

"Ölkələri ayrı-seçkilik etməməyə çağırırıq,” BMT qaçqınlar agentliyindən Babar BAloch deyib.

"Qaçqınları dininə görə rədd etmək kobud diskriminasiyadır,” bunu isə Avropa Şurasının baş katibi Thorbjorn Jagland deyib. "Slovakiya mövqeyinə təzədən baxmalıdır”.

Slovakiya, Çex Respublikası, Macarıstan və Polşa iyunda AB-nin qaçqın planına qarşı çıxıb. Plan İtaliya və Yunanıstana gələn qaçqınların üzvlər arasında paylaşdırılmasını nəzərdə tuturdu. Bu 4 ölkə yalnız könüllü əsasda yardıma hazır olduğunu bildirib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM