Slovakiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

22:37 | 26.05.2023
Slovakiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Slovakiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Slovakiya Milli Şurasının (parlamentinin) spikeri Boris Kollar iyunun 9-da respublikada növbədənkənar parlament seçkilərinin keçirilmə tarixini rəsmən açıqlayacaq.

Bu barədə cümə günü TASR xəbər agentliyi məlumat yayıb.

Slovakiyanın parlament partiyalarının liderlərinin əvvəlcədən razılaşdırdıqları kimi, seçkilər sentyabrın 30-da keçiriləcək.
 
Parlamentin spikeri, agentliyin məlumatına görə, bu sazişə yenidən baxmaq niyyətində deyil.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM