Slutski: "ATƏT gözdə çöp axtarır"

14:47 | 01.11.2015
Slutski:

Slutski: "ATƏT gözdə çöp axtarır"

"Seçkilər o qədər yaxşı təşkil olunub ki, DTİHB iflasa uğrayıb”. 

ANS TV-nin məlumatına görə, bu sözləri 29 saylı Səbail seçki dairəsi komissiyasının 2 saylı seçki məntəqəsində seçkiləri müşahidə edən MDB Parlamentlərarası missiyasının rəhbəri Leonid Slutski söyləyib: 

"ATƏT DTİHB ( Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) gözdə çöp axtarır. Bu qurum neqativlərin axtarışındadır. Təəssüf ki, Rusiyada olduğu kimi beynəlxalq arenada Azərbaycanla bağlı informasiya siyasəti sahəsində isterika, faktların deformasiyası müşahidə edilir. Neqativ olmayacaq. Bu qurumun seçkilərin müşahidəsindən imtina etməsi onun artıq tükəndiyini göstərir. DTİHB imkan verir ki, onunla marionetka kimi rəftar etsinlər. Bu, DTİHB-nin mandatına uyğun gəlmir”. 

Yerli müşahidəçilər də səsvermə prosesinin start götürdüyü andan bu dəqiqələrə qədər heç bir qanun pozuntusunu müşahidə etmədiklərini söylədilər. Həmçinin səhər saatları olmasına baxmayaraq seçici fəallığını da qənaətbəxş hesab etdilər.

Səsvermədə iştirak edən seçicilərsə məntəqələrdəki şəraitdən razılıqlarını ifadə etdilər. 

Müşahtidə apardığımız 29 saylı Səbail dairə seçki komissiyasının 2 saylı məntəqəsinin 1289 seçicsi var. Məntəqə sədrinin sözlərinə görə, bu siyahıya həm də daşınan şəffaf seçki qutusu üçün müraciət edənlər də daxildir.

Məntəqə sədri Fikrət Əzizov bildirib ki, 5 nəfər fiziki qüsurlu şəxs evdə səs vermək üçün ərizə ilə müraciət edib. Günün ikinci yarısı müşahidəçilərin vasitəsilə bu səsvermə həyata keçiriləcək. 

Seçki məntəqələrinin ərazisində həm də "exit-poll” keçirilir. "Exit-poll”un nəticələri səsvermə başa çatdıqdan təxminən 1 saat sonra məlum olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb