Smart kart ödənişlərində 10 günlük problem yaranacaq? - “Azərişıq”dan mühüm AÇIQLAMA

17:16 | 28.02.2021
Smart kart ödənişlərində 10 günlük problem yaranacaq? - “Azərişıq”dan mühüm AÇIQLAMA

Smart kart ödənişlərində 10 günlük problem yaranacaq? - “Azərişıq”dan mühüm AÇIQLAMA

"Azərişıq” ASC smart kart ödənişlərində problem yaranacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Anews.az xəbər verir ki, qurumdan bildirilib ki, informasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir. 

"Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vatxda və yerdə rahatca ödənişlərini apara bilərlər", - deyə "Azərişıq”dan bildirilib


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM