Smartfon ölçülü mini-kompüter satışa çıxarılacaq

23:18 | 04.11.2015
Smartfon ölçülü mini-kompüter satışa çıxarılacaq

Smartfon ölçülü mini-kompüter satışa çıxarılacaq

Niderlandın "The Hague” şirkəti bazara professional fərdi kompüter və ya noutbukların tam funksiyaları ilə təchiz edilməyən yeni kompakt qurğu çıxaracaq. "Ockel Sirius B” adlanan mini-kompüter ilk növbədə sadə istifadəçilərin əsas tələbatını ödəmək üçün nəzərdə tutulur.
 
Qurğu "Intel” bazası əsasında işləyir və hazırda tərtibatçılar onun istehsalı üçün "Indiegogo” saytı vasitəsilə vəsait toplamaqla məşğuldurlar. Mini-kompüterin əvvəlcədən quraşdırılmayan əməliyyat sistemi ilə qiyməti 149 dollar, "Windows 10” sistemli versiyasının isə 169 dollar təşkil edir.
 
"Ockel Sirius B” qurğusunun ölçüləri "iPhone 6s” və "Galaxy S6” smartfon modellərinin ölçülərinə yaxın olmaqla 123x79x11 mm-ə bərabərdir. Onun çəkisi 120 qram təşkil edir ki, bu da qeyd olunan smartfonların çəkisindən təxminən 20 qram azdır. Kompüter 1 "HDMI” çıxışı, 2 "USB” portu, mikrofon və qulaqcıq üçün çıxış və "microSD” kartı üçün çıxışla təchiz edilib. Proqram təminatına həmçinin "Atom Bay Trail” prosessoru və "Intel HD Graphics” video kartı daxildir. Daxili yaddaşın tutumu 32 giqabaytdır. Bundan başqa, qurğu ikizolaqlı "802.11 a/b/g/n Wi-Fi” və "Bluetooth 4.0” texnologiyalarını dəstəkləyir.  

 "Ockel Sirius B” yaradıcılarının sözlərinə görə, kompüterin tədarükünə Yeni il bayramı ərəfəsində başlanılacaq, - "NEWSru” yazır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM