Smartfonun köməyi ilə idarə olunan ilk təyyarə

22:47 | 27.11.2013
Smartfonun köməyi ilə idarə olunan ilk təyyarə

Smartfonun köməyi ilə idarə olunan ilk təyyarə

Smartfonlar üçün xüsusi mobil tətbiqin köməyi ilə idarə olunan  “Parrot AR Drone” kvadrokopteri artıq bir neçə ildir bazarda mövcuddur. Hazırda Almaniyanın “TobyRich” şirkətinin təqdim etdiyi oyuncaq təyyarənin havadakı hərəkətinə smartfon vasitəsilə nəzarət etmək mümkündür.

“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, yenilik “SmartPlane” adlanır. Uçuş aparatı köpüklü aşqarla polipropilendən işlənib hazırlanıb və buna görə də kifayət qədər möhkəmdir və konstruksiyanın çəkisi yüngüldür.

“SmartPlane” oyuncaq təyyarəsi litium-ion akkumulyator batareyasının köməyi ilə enerji toplayır. İstehsalçının iddiasına görə, elektrik mühərrikinin maksimal dövrəsi zamanı təxminən beş dəqiqəlik uçuş üçün kifayətdir. “MicroUSB” portu vasitəsilə enerji doldurulmasına 15 dəqiqə vaxt lazımdır.

“SmartPlane” oyuncaq təyyarəsinə idarəedici əmrlər “Bluetooth 4.0 Low Energy” simsiz qoşulması vasitəsilə ötürülür. “iOS” mobil əməliyyat sistemi üçün tətbiqin köməyi ilə yerdən təyyarəyə əmrlər verilir. Hərəkət radiusu 60 metrə bərabərdir.

Qiyməti təqribən 70 avrodur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti