"Report" xəbər verir ki, bunu "Snam"ın icraçı direktoru Karlo Malakarne (Carlo Malacarne) "Ambrosseti Forum" biznes konfransında çıxışı zamanı deyib: "Mən ilin sonuna qədər bu barədə daha çox məlumatımız olacağına inanıram".
K.Malakarne həmçinin İtaliyanın illik qaz tələbatının bu il daha 5% artaraq 70-71 mlrd. kubmetrə çatdığını bildirib.
Qeyd edək ki, TAP-ın səhmdarları qismində BP (20%), SOCAR (20%), "Statoil” (20%), "Fluxys” (19%), "Enagas” (16%) və "Axpo” (5%) şirkətləri çıxış edir.
Xatırladaq ki, K.Malakarne bu ilin iyununda şirkətin TAP-da 20% pay almaq istədiyini açıqlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !