Snouden ABŞ-a qayıtmaq istəyir

15:55 | 05.03.2015
Snouden ABŞ-a qayıtmaq istəyir

Snouden ABŞ-a qayıtmaq istəyir

ABŞ-ın Milli Təhlükəsizlik Agentiyinin (NSA) gizli məlumatlarını yaymaqda ittiham olunan Edvard Snouden yenidən öz ölkəsinə qayıtmaq istədiyini açıqlayıb.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Snoudenin rus vəkili Anatoli Kuçerena məlumat verib. Onun sözlərinə görə, müvəkkili amerikalı və alman vəkillərini bir araya toplayaraq bu istəyini onlara çatdırıb.

A.Kuçerena keçirdiyi mətbuat konfransında "Snouden ölkəsinə qayıtmaq istəyir. Artıq bunu gizlətməyin mənası yoxdur. Biz bütün vəkillər bu vəziyyəti müzakirə etdik. Bunu gözdən keçiririk" - deyib.
 
Amma ABŞ rəsmiləri Snoudenin ölkəsinə qayıdacağı təqdirdə həbs olunacağını bildiriblər.
 
Rusiya indiyə kimi ABŞ-ın bütün müraciətlərinə baxmayaraq, Snoudeni geri qaytarmaqdan imtina edib. Lakin Snouden daha əvvəllər də ədalətli mühakimə olunma təminatının verilməsi halında, ABŞ-a dönəcəyini açıqlamışdı.
 
NSA-nın ABŞ ilə digər ölkələrdə milyonlarla adamın telefon danışıqlarını qeyd edən, topladığı məlumatları digər ölkələrin kəşfiyyat qurumlarına sızdırmaqla gündəmə gələn Snouden 2013-cü il iyunun 23-dən Rusiya ərazisindədir. Rusiya Federal Miqrant Bürosu həmin ilin avqustun 1-dən ona müvəqqəti sığınacaq hüququ verib.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM