Snoudenə Sülh Mükafatı verildi

15:37 | 24.11.2014
Snoudenə Sülh Mükafatı verildi

Snoudenə Sülh Mükafatı verildi

Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən "AnStifter" qeyri-hökumət təşkilatı ABŞ-ın keçmiş kəşfiyyatçısı Eduard Snoudenə Sülh Mükafatı verdiyini elan edib. Mükafatın təqdimetmə mərasiminə video vasitəsilə qatılan E.Snouden "əgər müstəqil bir cəmiyyətdə yaşayırıqsa, haqlarımızı da müdafiə etməliyik" -fikrini bildirib.

ANN.Az xəbər verir ki, Sülh Mükafatına layiq görülən keçmiş kəşfiyyatçı 5 min Avro da alacaq. Belə bir mükafata layiq  görüldüyü üçün qurumun rəhbərlərinə və aktiv nümayəndələrinə öz minnətdarlığını bildirən E.Snouden bundan sonra da əlindən gələni edəcəyini deyib. ABŞ kəşfiyyatının gizli izləmə proqramları haqda məlumatları ötürdüyünü iddia edən 29 yaşlı amerikalı Edvard Snouden məktəbin yuxarı siniflərinə təhsilini yarımçıq qoyub, kəşfiyyat orqanlarının dairələrində sürətlə karyera qura bilib.Almaniyanın bu qeyri-hökumət təşkilatı hər il sülh, ədalət və insan haqları müdafiəsi ilə bağlı seçilən şəxsləri mükafatlandırır. Snouden ABŞ-ın Şimali Karolina və Merilend ştatlarında böyüyüb. Britaniyanın “Guardian” qəzetinə verdiyi müsahibədə məktəbi bitirmədiyini və Merilend ştatında ictimai kollecdə kompyuter texnologiyalarını öyrənib diplom aldığını deyib.   “Guardian” qəzeti ABŞ hərbi qüvvələrinə istinadə edərək, Snoudenin 2004-cü ilin mayında ordunun ehtiyat hissəsinə yazıldığı, lakin hərbi təlimləri başa çatdırmadığı haqda məlumat verib. Snouden özü qəzetə müsahibədə təlim zamanı ayağını sındırdığı üçün hərbi karyerasını başa çatdırmadığını deyib.“Guardian” qəzetindəki müsahibəyə əsasən, Snouden birinci işinə ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin Merilend universitetindəki bir obyektində mühafizəçi kimi başlayıb. Snoudenin kompyuter proqramlaşdırılması sahəsində istedadı onun Mərkəzi Kəşfiyyat Agentliyində təhlükəsizlik məsələləri üzrə mütəxəssis kimi işə düzəlməsinə kömək edib. Qəzet Mərkəzi Kəşfiyyat Agentliyinin onu diplomatik post adı altında xüsusi missiya ilə İsveçrədə, Cenevrədə yerləşdirdiyini bildirib. Mərkəzi Kəşfiyyat Agentliyi bu məlumatları nə təsdiq, nə də təkzib edib. Snouden “Guardian” qəzetinə 2009-cu ildə Mərkəzi Kəşfiyyat Agentliyindən getdiyini və Milli Təhlükəsizlik Agentiyində kompyuter mütəxəssisi kimi müxtəlif işlərdə çalışdığını deyib. ABŞ-ın müdafiə nazirliyi üçün məsləhət şirkəti olan özəl “Booz Allen Hamilton” şirkəti Snoudeni bu ilin əvvəli Havay adalarındakı ofisində işə götürmüşdü. Qəzet Snoudenin müxbirlərə ABŞ kəşfiyyatının gizli izləmə proqramları haqda məlumatları açıqladığı zaman şirkətdə üç aydan az bir müddət çalışdığını bildirib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM