SOCAR 120 milyon dollara 3 tanker alıb - FOTO

10:22 | 26.04.2021
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın "Kyklades Maritime Company” şirkətinə məxsus olan 3 ədəd "aframax” tipli xam neft daşıyan tanker satın alıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən  bildirir ki, SOCAR-a 3 tankerə 120 milyon dollar ödəyib.

Həcmi 115 min DWT olan gəmilər SOCAR-a bu ilin sonunda təhvil veriləcək.

"Nissos Schinoussa", "Nissos Therassia" və "Nissos Heraclea" adlı tankerlərin 2015-ci ildə Cənubi Koreyanın "Hyundai Heavy Industries Gunsan” gəmiqayırma zavodunda inşa edildiyi bildirilir.

Məlumatda qeyd olunur ki, uzunluğu 252 metr, eni 45 metr təşkil edən tankerlər İkinci Qarabağ müharibəsində həlak olan Azərbaycan hərbçlərinin adını daşıyacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM