​SOCAR: Bakı-Ərzurum kəməri ilə qazın nəqli dünəndən dayandırılıb

11:12 | 04.08.2015
​SOCAR: Bakı-Ərzurum kəməri ilə qazın nəqli dünəndən dayandırılıb

​SOCAR: Bakı-Ərzurum kəməri ilə qazın nəqli dünəndən dayandırılıb


Şahdəniz" layihəsinin iştirakçılarına maddi ziyan dəyməyib.

"Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində qəza bu gün səhər saatlarında baş verib. Lakin profilatik tədbirlərlə əlaqədar artıq dünən axşam saatlarından etibarən Cənub Qaz Dəhlizi kəmərində, yəni Bakı-Ərzurum kəmərinin Gürcüstan-Türkiyə sərəhəddinə qədər olan hissəsində qazın nəqli dayandırılıb". Bunu "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) deyiblər.

Qazın nəqli dünəndən dayandırıldığına görə, hadisə nəticəsində sızma baş verməyib və kəmərlə nəql edilən qazın aid olduğu "Şahdəniz" layihəsinin iştirakçılarına maddi ziyan dəyməyib. 

Məlumata görə, partlayışın baş verdiyi kəmərin həmin hissəsinin təhlükəsizliyinə Türkiyənin "Botaş" şirkəti cavabdehdir: "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin həmin hissəsinə operatorluğu Türkiyənin "Botaş" şikrəti həyata keçirir. Gürcüstan-Türkiyə sərhəddinə qədər olan hissəsinə isə "BP-Azerbaijan" operatorluq edir. Hadisənin səbəbləri araşdırılır".

Xatırladaq ki, Türkiyənin Qars vilayətinin Sarıqamış qəsəbəsi ərazisində Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində partlayış baş verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM