SOCAR benzini ucuzlaşdırdı

13:00 | 11.01.2015
SOCAR  benzini ucuzlaşdırdı

SOCAR benzini ucuzlaşdırdı

"SOCAR Georgia petroleum” qonşu ölkədə neft məhsullarını ucuzlaşdırmaqda davam edir. 


Musavat.com-un gürcü qaynağına istinadən verdiyi məlumata görə, şirkətdən bildirilib ki, beynəlxalq bazarda yanacağın qiymətinin düşməsi fonunda SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma stansiyalarında da neft məhsullarının qiyməti endirilir.


 Belə ki, qiymətlər daha 5-6 tetri (1 dollar 1,92 laridir) endirilib və aşağıdakı kimi olub: "nano-dizel” – 1,75 lari, "avrodizel” – 1,94 lari, "nano requlyar” – 1,78 lari, "avrorequlyar” – 1,81 lari, "nanopremium” – 1.89 lari, "super” markalı benzin – 1,99 lari.
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür