Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 998,758 mln. manat həcmində vəsait ödəyib.
"Report" şirkətə istinadən xəbər verir ki, bu həcmin 124,503 mln. manatı avqust ayının payına düşür.
Bu ilin yanvar-avqust aylarında büdcəyə ödənilən vəsait ötən ilin analoji dövründən 21% az olub. Avqustda isə azalma 16,5% təşkil edib.
Qeyd edək ki, avqust ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,477 mln. manat vəsait köçürüb. Bütövlükdə isə, bu ilin yanvar-avqust aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 92,434 mln. manat təşkil edib. DSMF-yə ödənilən vəsait isə ötən ilin analoji dövründən 3,6% az olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !