Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayında dövlət büdcəsinə 136,031 mln. manat vəsait ödəyib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında büdcəyə ümumilikdə 1 271,276 mln. manat ödənilib.
Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,194 mln. manat vəsait köçürüb. Cari ilin yanvar-oktyabr aylarında isə şirkət tərəfindən Fonda ödəniş 115,417 mln. manat olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !