SOCAR bu il Rusiyadan neft ixracını 43% artırıb

15:05 | 03.08.2015
SOCAR bu il Rusiyadan neft ixracını 43% artırıb

SOCAR bu il Rusiyadan neft ixracını 43% artırıb

İyul ayında isə Novorossiysk limanından xam neft ixracı 98% artıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin iyul ayında Supsa limanından 84 736,314 ton xam neft ixrac edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 74,7% azdır. 

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu il iyulunda Ceyhan limanından 1 196 306,919 ton xam neft ixrac edilib və bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 27,7% azdır. 

Hesabat ayında Novorossiysk limanı ilə 2014-cü ilin iyulu ilə müqayisədə 97,8% çox, yəni 167 711,355 ton neft satışı həyata keçirilib.
Ümümilikdə, yanvar-iyul ayları ərzində Novorossiysk limanından 845,758 min ton yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 42,6% çox, Supsa limanından 1 609,637 min ton və ya 9,9% az xam neft ixrac edilib.

Ceyhan limanından ixrac edilən xam neftin həcmi isə ötən ilin yanvar-iyul aylarına nisbətən 13,1% azalaraq 10 400,254 min tona düşüb. 

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövləti, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM