"SOCAR-da 50,4 min nəfər işçi çalışır ki, onlardan 69%-i (34,9 min nəfər) fəhlə, 31%-i (rəhbər - 5,9 nəfər, mütəxəssis - 9,3 min, texniki icraçı - 0,3 nəfər) isə qulluqçulardır".
anews.az xəbər verir ki, bunu şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyib.
O bildirib ki, son 23 il ərzində işçilərin ümumi sayında ali təhsillilərin sayı 16%-dən 33%-ə qalxıb və 2017-ci ilin avqustun 1-nə kimi SOCAR-da ali təhsillilərin sayı 16,6 min nəfər olub. "29 yaşa qədər işçilər 9,9% (5 min nəfər, onlardan 4,5 min nəfəri kişi, 500 nəfəri qadın) təşkil edir. 1995-ci ilin yanvarın 1-dək SOCAR-da 77 mindən çox işçi çalışıb, onların 72%-i fəhlə, 24%-i rəhbər işçi və mütəxəssislər idi".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !