SOCAR-dan gəmi partlayışı ilə bağlı - AÇIQLAMA

11:00 | 02.07.2019
Bu gecə Petkim limanında göyərtəsində partlayış baş vermiş gəmi Azərbaycan Dövlət Neft Şirkətinə məxsus deyil, bu barədə Anews.az-a SOCAR mətbuat katibi İbrahim Əhmədov məlumat verib.
 
Onun elektron poçt vasitəsilə təqdim etdiyi açıqlamada bildirilir ki, dünən gecə saat 23.20 radələrində, maye karbohidrogenlərin doldurulması üçün İtaliyanın bayrağı altında üzən gəmidə partlayış olub və yanğın baş verib. 


Yanğınsöndürənlərin dərhal müdaxiləsi nəticəsində yanğın söndürülübvə gəmidə soyutma işləri davam edir.


Gəminin bütün personalı evakuasiya edilib və təəssüf ki, yaralı gəmi işçiləri həyatını itirmiş və qazdan təsirlənmiş bir şəxs müalicə üçün xəstəxanaya köçürülüb. 


Yanğınla əlaqədar araşdırmalar davam edir. 
www.anews.az
loading...

Xəbər lenti