SOCAR-dan milyard manatlıq ÖDƏNİŞ

13:11 | 11.08.2014
SOCAR-dan milyard manatlıq ÖDƏNİŞ

SOCAR-dan milyard manatlıq ÖDƏNİŞ

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 149 milyon 294 min manat vəsait ödənilib.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, bu, 2013-cü ilin iyul ayı ilə müqayisədə 15 milyon 208 min manat və ya 111,3 faiz çoxdur. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında büdcəyə 1 milyard 117 milyon 603 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 197 milyon 969 min manat və ya 121,5 faiz çox olub. Bundan əlavə, bu ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 261 min manat vəsait köçürüb.Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 83 milyon 498 min manat təşkil edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM