SOCAR erməni kilsələrini də qazla təchiz edəcək? - ANALİZ

14:29 | 01.11.2013
SOCAR erməni kilsələrini də qazla təchiz edəcək? - ANALİZ

SOCAR erməni kilsələrini də qazla təchiz edəcək? - ANALİZ

Kamal ƏIiYay salamatçılıqla öz yerini payıza təhvil verdi. Əslində tutqun payız havasının olmaması bizim yerlərə xasdır. Qış yaxınlaşdıqca isə Bakıda havalar soyuyur, ölkəmizin dağlıq ərazilərində isə qarın yağdığını müjdələyirlər. Bu mövsümün ənənəvi suallarından biri isə budur: "Necə isinəcəyik?"Şəhər tikinti idarəsinin məlumatına görə, paytaxtda 16 və daha çox mərtəbəli 80 yeni hündürmərtəbəli ev var və onların heç də hamısı mərkəzi istilik sisteminə qoşulmayıb və yaxud qazla təchiz edilməyib. Redaksiyada tez-tez burnunu çəkən bir xanım jurnalist var və təəssüf ki, heç sağalmaq bilmir. Hətta yayda da zökəm olur, çünki bu gənc ailə "Yeni Yasamal”da aldıqları təzə mənzildə yaşayırlar və binada istilik və qaz yoxdur. Bütün binadakı mənzillər soyuqlar düşəndə elektrik qurğuları ilə qızdırılır. Bəs bu onlara neçəyə başa gəlir? Zərdabi prospektində, belə bir bədbəxt evdə üç illik yaşayış təcrübəsindən bilirəm ki, 90 kvadrat metrlik mənzili qızdırmaq üçün elektirk enerjisi sayğacı heç zaman aylıq 50 manatdan az pul yazmır. Gündüzlər nə qədər qızdırıcını söndürüb enerjiyə qənaət eləsəniz də, yenə də 50 manatdan çox pul yazılacaq. Nərminin ailəsində iki azyaşlı oğlan var, onlar da tez-tez xəstələnirlər. Bu səbəbdən söhbət düşəndə o, gündüzlər belə qızdırıcıya qənaət edə bilmədiklərini deyir.Yenə də şəxsi həyat təcrübəmdən danışmaq istəyirəm. 3 il təzə təmir edilmiş mənzildə ömür sürdükdən sonra mənim böyrəyimdə daşlar əmələ gəldi, arvadım isə cərrah masasına uzanmalı oldu. Onun xroniki soyuqdəymədən iltihablanmış dalağını kəsdilər. Ona görə də qızdırılmayan şəhər mənzilinin dəhşətli həyatı barədə məndən heç nə soruşmağa gərək yoxdur.Kəndli əzablarından da xəbərdaram. Demək olar ki, hər ay Qax rayonunun dağlıq ətrafına yolum düşür. İlisu tərəflərə. Bu kənd öz tarixi boyunca hələ qaz görməyib. Düzdü, sovet dövründə qaz çəkməyə söz vermişdilər, hətta camaatdan pul da yığmışdılar, amma Raisa Qorbaçova və onun yenidənqurması uğursuz olduğundan pullar da arada itib-batdı.Sonra ölkəmizdə müharibə başladı və yeni Azərbaycan quruculuq illərinə start verildi. Nəhayət, 3 il əvvəl Sarıbaş kəndinin yuxarı tərəfində yerləşən, demək olar Dağıstanla həmsərhəd İlisunu xatırlandı. Ötən ilin yayında ağ rənglə boyanmış qaz kəmərini İlisunun girişinə, məşhur tarixi "Ulu Körpü"yə kimi çatdırdılar. Bu hadisədən bir il əvvəl Azərbaycanın bütün qazlaşdırılmış məntəqələrində qaz təchizatı proqramı haqqında məlumat verildi. İlisululara söz verildi ki, 2012-ci ildə onlara qaz veriləcək. Hazırda aşağıda yerləşən kəndlər və Qax şəhəri də qaz alır. Amma ilisulular və sarıbaşlar yay-payız İlisu qoruğundakı ağacları doğrayırlar, çünki başqa cür mümkün deyil. Axı təzəklə isinmək mümkün deyil. Düzdü, ağacı, meşəsi olmayan Azərbaycan kəndlərində qışda qızınmaq üçün mal peyinindən düzələn bu yanacaqdan  - təzəkdə indi də istifadə edirlər!Bir yük maşını odunun (8 kubmetr) qiyməti, salyanlı Əlinin telefonla mənə dediyinə görə, 200 manat dəyərindədir. Onun 4 otaqlı, dar ikimərtəbəli evi var, evdə 6 nəfər yaşayır. İsitmə mövsümü üçün onlar iki maşın odun yandırırlar, yəni sağ qalmaq, yaxud qışdan çıxmaq üçün 400 manat lazımdır. Amma bu qədər pulu hardan almaq olar ki? Əlinin pensiyası 50 manatdır, az-çox qoca anası da pensiya alır, arvadı isə uşaq bağçasında qulluqçudur, evə 80 manat gətirir. Belə çıxır ki, bostanda bitəndən başqa bunların yaşamaqçün heç nələri yoxdur.Mən paytaxt və kəndlərdə qaz təchizatı ilə bağlı vəziyyəti ona görə təsvir etmədim ki, İnternetin sonsuz imkanlarından sui-istifadə edəm, bütün boş yerləri dolduram. Azərbaycanlıların evində olmayan qazdan söhbət açmaq bu günlərdə aktual oldu. SOCAR-ın Azərbaycan və Gürcüstan ərazisində yerləşən dini kilsələri pulsuz qazla təchiz edəcəyi məlum olduqdan sonra."Bütün Gürcüstanın katolikos-patriarxı İkinci İlyanın və SOCAR prezidenti Rövnəq Abdullayev tərəfindən Gürcüstan patriarxiyasında memorandum imzalanmışdı, həmin memoranduma əsasən SOCAR bir il ərzində Gürcüstan ərazisində yerləşən bütün dini obyektləri pulsuz qazla təmin edəcəkdir", - resurs xəbər verir.Azərbaycan məbədlərini bir qırağa qoyaq. Niyə kasıblar üçün sosial layihələr icra edən, xəstəxanalar, stadionlar tikən ARDNŞ öz gəlirləriylə Azərbaycan kilsələrini və məscidlərini qızdırmasın? Amma qonşu Gürcüstanda nəinki məscidlər və gürcü kilsələri var, həm də erməni kilsələri də var axı.Birincisi, niyə qonşu dövlət öz problemlərini bizim hesabımıza həll etməlidir? Azərbaycan bir neçə dəfə Eduard Şevernadzenin və Mixail Saakaşvilinin xahişlərini yerinə yetirmək üçün öz mənfəətindən əl çəkib. Amma Gürcüstan Qarabağ münaqişəsinə neytral mövqeyini təkrar gözdən keçirməyib. Azərbaycan torpaqlarının işğalda qalması üçün, Ermənistana gürcü yolu üzrə maneəsiz nə desən aparılır.Daha sonra, ARDNŞ-nın Gürcüstanda erməni kilsələrini isitmək istəməsi tamamilə anlaşılmazdır. Həmin kilsələrdə şübhəsiz ki, Azərbaycanın Dağlıq Qarabağını işğaldan azad edilməsi duaları edilmir. Amma bundan sonra gprün bizim qazımız hesabına daha çox hansı dualar ediləcək.Əgər kimsə mənə desə ki, bu, bizim hiyləgər siyasətimizdir ki, qoy dünya baxıb bizim səxavətimizi, necə mehriban bir millət olduğumuzu görsün, o zaman mən gülərəm: ermənilərə nə versən, xeyri yoxdur."Amma biz həmişə erməniləri ittiham edə biləcəyik ki, onların Allaha inamı güclü deyil və biz ona bu inamı bəxş etdik, biz onları qızdırdıq. Amma ciddi desəm, hər hansı məmurdan bu hərəkətin əsaslandırmasını eşitmək istərdim. Axı bunun bir əsası olmalıdır, ya yox. ARDNŞ-in belə bir addım atmağa nəsə vadar etməmiş deyil yəqin. Aydın məsələdir ki, söhbət bizim ölkəmizin geosiyasi maraqlarından gedir və yəqin hər şeyi "qaz-kilsə" səviyyəsinə endirmək lazım deyil, amma mən əminəm ki, dövlət şirkətinin qərarlarından söhbət gedərkən, bu qərarlar əsaslandırılmış olmalıdır və motivlər əhalinin diqqətinə çatdırılmalıdır", - iqtisadçı Rauf Nəsirov mənim kolleqalarıma belə reaksiya verdi."Əgər bu qərar bizim ruhumuzu qızdıran dividentlər gətirsəydi: Qarabağ və ona bitişik rayonların qaytarılması kimi prioritet problemdə köməyimizə yetsəydi – onda qazdır də, Allah xatirinə, qoy qızınsınlar. Amma aydındır ki, bu boş fikirdir. İnsanlıq oyunu? Onda öz uzaq kəndlərimizə belə insanlıq göstərək, bütün ölkənin qazlaşdırılmasını həyata keçirək – yoxsa bu gedişlə ağacsız qalacağıq", – jurnalist Svetlana Şıxəliyeva ədalətli şəkildə bildirdi.Və, nəhayət, məşhur gürcü jurnalisti Beysik Pipiyanın fikri, xüsusi olaraq ANN.Az üçün:"Həqiqətən də gürcü KİV-lərində belə bir informasiya getmişdi. Bir il ərzində bütün məbədləri qazla təchiz pulsuz həyata keçəcək. Gürcüstanda nə qədər məbədin qazlaşdırılması məlum deyil. Mən çox məbədlərdə olmuşam, amma heç yerdə istilik sistemi batareyaları görməmişəm. Hansı erməni kilsələrinin qazla təmin edilməsi də məlum deyil. Erməniləri məbədlərinin sayı azdır, amma qaz kəməri ilə təmin olunmuş erməni məbədləri ümumiyyətlə, barmaqla sayılacaq qədər olar. Onların pulsuz Azərbaycan qazını qəbul etməyə razılaşıb-razılaşmayacaqlarını zaman göstərəcək. Amma tarixdən xatırlayıram ki, Spitakda zəlzələdən sonra, ermənilər Azərbaycandan humanitar köməyi qəbul etməkdən imtina etdilər", - hörmətli gürcü kolleqası izah etdi.Bəs əgər erməni keşişləri ARDNŞ-yə müraciət etsələr ki, onların da kilsələrinə qaz verilsin, bizimkilər dərhal razılaşacaqlarmı?ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM