“SOCAR Georgia Gas”ın rəhbəri vəzifəsindən azad olunub

14:42 | 10.03.2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi olan "SOCAR Georgia”nın törəmə şirkəti "SOCAR Georgia Gas”ın baş direktoru Azər Məmmədov vəzifəsindən azad edilib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
 
Hazırda Azər Məmmədov "SOCAR Georgia”nın müşaviri vəzifəsini icra edir.

Məlumata görə, bu vəzifəyə Mariam Valişvili təyin edilib.

Mariam Valişvili bu təyinata qədər SOCAR-ın Gürcüstan nümayəndəliyinin müşaviri olub.
 
SOCAR-ın xaricdəki ilk törəmə müəssisəsi olan SOCAR Energy Georgia 2006-cı ildə neft və qaz məhsullarının Gürcüstan bazarına idxalı, topdansatış və pərakəndə satışı, həmçinin təbii qazın paylanması məqsədi ilə yaradılıb. 
 
2022-ci il yanvarın 1-dən Gürcüstanda SOCAR brendi ilə 110 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. SOCAR Georgia Petroleum-un 13 servis mərkəzi və 4 neft məhsulları terminalı var.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb