SOCAR ilə PETROFAC yeni saziş imzaladı

10:20 | 07.08.2020
SOCAR ilə PETROFAC  yeni saziş imzaladı

SOCAR ilə PETROFAC yeni saziş imzaladı

SOCAR-ın törəmə şirkəti olan SOCAR Midstream Operations Limited və Petrofac şirkətinin
mühəndislik və hasilat xidmətləri bölməsi Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunun
ötürülməsinə dəstək xidmətləri üzrə saziş imzalamışlar.

SOCAR Cənubi Qafqaz Boru kəmərinin texniki operatorluğunu BP-dən təhvil aldığına görə yeni
saziş əməliyyat aktivlərinin təhvilinə dəstək xidmətlərini nəzərdə tutur. Bu çərçivədə görüləcək
işlərə keçid prosesləri zamanı qaz boru kəmərlərinə və digər obyektlərə texniki baxışın keçirilməsi,
keçid dövründə, icra mərhələsində və əməliyyat hazırlıq planının işlənib hazırlanmasında geniş
rutin dəstək verilməsi aiddir.

Cənubi Qafqaz Boru Kəməri "Sahdəniz” yatağında hasil olunan təbii qazın Azərbaycandan
Gürcüstana və Türkiyəyə ixrac edilməsi məqsədilə inşa olunmuşdur. Bakı yaxınlığında Səngaçal
terminalından başlayan kəmər Azərbaycandan Gürcüstan və Türkiyəyə xam neft daşıyan Bakı-
Tbilisi-Ceyhan (BTC) kəmərinin marşrutu ilə davam edərək, Türkiyədə qaz paylayıcı sistemə
qoşulur.

Cənubi Qafqaz Boru Kəməri Şirkəti kəmərin tikintisi və aparılan əməliyyatlar üçün məsuliyyət
daşıyır. Şirkətin səhmdarları: BP (28.8%), TPAO (19.0%), Azərbaycan/SOCAR (16.7%),
PETRONAS (15.5%), LUKOIL (10.0%) və NICO (10.0%) şirkətləridir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb