SOCAR-ın üstünə boru düşən işçisi öldü

16:11 | 10.11.2017
SOCAR-ın üstünə boru düşən işçisi öldü

SOCAR-ın üstünə boru düşən işçisi öldü

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada xəsarət alan işçilərdən digəri də ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Baku Medical Plazadan APA-ya bildirilib. Ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlovun meyiti artıq ailəsinə təhvil verilib.

Qeyd olunub ki, xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlayıbmış. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, noyabrın 3-də "Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Xəsarət alan digər qazma köməkçisi Cavad Ədilov lazımi müayinələrdən keçirildikdən sonra həmin gün evə buraxılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti