SOCAR İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsini açıb

22:52 | 09.06.2023
SOCAR İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsini açıb

SOCAR İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsini açıb

"SOCAR Energy” şirkəti tərəfindən İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Məntəqə paytaxt Bern şəhərinin yaxınlığında fəaliyyətə başlayıb.

Mərasimdə "SOCAR Energy” şirkətinin Baş icraçı direktoru Edqar Baxman, İsveçrə Federal Hökumətinin və Bern kantonunun rəsmiləri, İsveçrənin biznes icmasının üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın İsveçrədəki səfir Fuad İsgəndərov çıxışında Azərbaycan tərəfindən həyata keçirilən yaşıl enerji təşəbbüsləri, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə məlumat verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb