SOCAR metanol ixracını artırıb

21:38 | 27.01.2023
SOCAR metanol ixracını artırıb

SOCAR metanol ixracını artırıb

"SOCAR Methanol” MMC 2022-ci ildə 534,5 min ton metanol istehsal edib ki, bu da 2021-ci illə müqayisədə 41,4% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi  məlumat verib. 

Eyni zamanda, 2023-cü il yanvarın 1-nə müəssisənin anbarlarında 35 min ton hazır məhsul qalığı qalıb. 

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, SOCAR Methanol 2022-ci ildə 131 milyon 932,78 min dollar dəyərində 504 min 333,93 ton metanol ixrac edib. Metanol ixracının ölkənin ümumi ixracında həcmi 0,35%, qeyri neft sektoru məhsullarının idxalında isə  4,33% təşkil edib.

2021-ci ilin yanvaından 2021-ci ilin aprelinə qədər "SOCAR Methanol” MMC əsaslı təmirə dayandırıldığı üçün metanol istehsal və ixracı həyata keçirilməyib. . Zavod 2021-ci ilin mayında fəaliyyətini bərpa edib. Bununla belə, Dövlət Gömrük Komitəsi 2021-ci ilin may-dekabrı üzrə ixrac məlumatlarını açıqlamayıb.

Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan metanol zavodunu AzMeCo şirkəti tikib. Zavodun tikintisinə AzMeCo-nun sərmayələri təqribən 500 milyon dollar təşkil edib.Zavodun istehsal gücü ildə 720 min ton metil spirti təşkil edir.

SOCAR zavodu məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından sərəncamında olan "Aqrarkredit” QSC-dən 810 milyon manata alıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM