SOCAR-ın reklamları erməni televiziyalarında

12:10 | 20.12.2013
SOCAR-ın reklamları erməni televiziyalarında

SOCAR-ın reklamları erməni televiziyalarında

“SOCAR-ın reklam şitləri 2016-cı il Avropa Çempionatının seçim turu mərhələsində Ermənistan stadionlarında yerləşdirilməyəcək”. “Axar.az” məlumat verir ki, bu açıqlama ilə Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan çıxış edib.Prezident bununla bağlı UEFA ilə danışıqlar aparıldığını və razılıq əldə edildiyini bildirib:“Bizim apardığımız danışıqlardan sonra UEFA yalnız Ermənistanda keçirilən oyunlar zamanı bu şitlərin yerləşdirilməməsinə icazə verdi. Lakin bunun televiziyada yayımlanan reklamlara heç bir aidiyyəti yoxdur”. Qeyd edək ki, SOCAR “Avro-2016”nın əsas sponsorlarından biridir. UEFA ilə imzalanmış müqaviləyə əsasən şirkətin reklamları stadionlarda və televiziyalarda mütləq şəkildə yayımlanmalıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb