​SOCAR "Petkim"dəki səhm zərfini yenidən satışa çıxarır

12:57 | 24.06.2015
​SOCAR

​SOCAR "Petkim"dəki səhm zərfini yenidən satışa çıxarır

 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkəyədəki aktivi olan "Petkim Holding"in səhmlərinin bir hissəsini satmaq qərarına gəlib.

 "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, SOCAR artıq bununla bağlı yaxın günlərdə İstanbul Birjasına müraciət edəcək.

"İyunun 26-da yaxud sonrakı günlərdə əsas pay sahibi olduğumuz "Petkim" Petrokimya Holdinqinin iyunun 8-də satılmasını ləğv etdiyimiz hissələrinin satışı üçün İstanbul Birjasına müraciət edəcəyik", - deyə "SOCAR Energy Turkey"in açıqlamasında bildirilir.

Qeyd edək ki, SOCAR-ın "Petkim"də payı 61,32%-dir. Şirkətin potensial investora satmaq istədiyi 1,6%-lik pay 16 mln. səhm, onun nominal üzrə ümumi dəyəri 16 mln. lirə (TRY) təşkil edir. Satışa çıxarılan səhm paketinin hər səhm 4 lirə olmaqla 64 mln. lirəyə satılması planlaşdırılırdı. Ötən gün Türkiyədə keçirilən parlament seçkilərinin ilkin nəticələri fonunda ölkədə dolların məzənnəsi 7% artıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM