SOCAR quruda axtarışları genişləndirir

12:35 | 16.02.2015
SOCAR quruda axtarışları genişləndirir

SOCAR quruda axtarışları genişləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin quru sahəsində perspektivli ərazilərdə potensial karbohidrogen ehtiyatlarını qiymətləndirmək niyyətindədir. 

"Report" verdiyi xəbərə görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə SOCAR-ın jurnalistlər üçün keçirdiyi Qış Məktəbinin rəsmi açılışında çıxışı zamanı deyib: "Biz yenidən quruya qayıtmağı düşünürük və buna görə də quruda olan Mezozoy çöküntülərdə işlər aparırıq".

Onun sözlərinə görə, bununla bağlı artıq 350 quyu qazılıb və işlər aparılır. 

X.Yusifzadə Azərbaycanda şist yataqlarının işlənməsinin də mümkün olduğunu bildirib.

BP-nin Azərbaycandakı fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı suallara aydınlıq gətirən X.Yusifzadə bu şirkətlə imzalanmış müqavilənin müddətinin hələ bitmədiyini deyib: "BP ilə müqaviləmiz var, onlara deyə bilmərik çıxın gedin. Bəziləri deyir ki, bu əməkdaşlıq olmasın. Lakin mən əməkdaşlığın davamının tərəfdarıyam".

Xəzər dənixinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 2015-ci il üçün hasilat proqnozunun 32 mln. ton olduğunu deyən vitse-prezident bu yataqların ehtiyatının 900 mln. ton olduğunu vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM