SOCAR Rusiyadan neft ixracını azaldır – səbəb nədir?

16:14 | 06.05.2014
SOCAR Rusiyadan neft ixracını azaldır – səbəb nədir?

SOCAR Rusiyadan neft ixracını azaldır – səbəb nədir?

Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını 40,6% azaldıb.
Bəs nədən birdən-birə bu qədər ixrac həcmləri Novorossiysk limanından azalıb və verilən proqnozlara görə, ilin sonuna qədər azalma templəri hələ də davam edəcək.
ANN.Az-a açıqlamasında "Caspian Barrel"-in rəhbəri İlham Şaban bunun səbəbi haqda danışarkən bildirib ki, “şimal” istiqamətində ixrac edilən neft SOCAR-ın özünün yataqlarından hasil edilən və Azərbaycanın əsasən qurudakı əməliyyat şirkətlərinə məxsus neftdir.
"Cari ildə isə Azərbaycan Dövlət Neft Şirkəti artıq elan edib ki, ölkənin daxili bazarında neft məhsullarına, əsasən də avtomobil yanacağına olan tələbatın artması ilə əlaqədar olaraq, neft emalının həcmlərini artıracaq. Bununla əlaqədar artıq Heydər Əliyev adına Neft Emalı Zavodunda aprel ayından bir sıra emal qurğularında təmir-modernizasiya işlərinə də başlanılıb.
Neft emalı həcmlərini artırmaq üçün isə bu zavoda verilən xammalın həcmini artırmaq gərəkdir. Təbii ki, bunu SOCAR öz yataqlarından hasil edilən neftin hesabına həyata keçirə bilər. Belə olan tərzdə isə onun “şimal” istiqamətdə əvvəllər göndərdiyi xam neftin həcmləri azalmalıdır.
Yəni, SOCAR burada Azərbaycanın iqtisdadi maraqlarından çıxış edir və heç də Bakı-Novorossiysk kəməri ilə neftin nəqlinin azalmasında hər hansı siyasi və digər motivlər yoxdur".
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti