SOCAR satdığı dizel yanacağının həcmini açıqladı

10:32 | 03.12.2015
SOCAR satdığı dizel yanacağının həcmini açıqladı

SOCAR satdığı dizel yanacağının həcmini açıqladı

Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin noyabr ayında 92 min 874 ton dizel yanacağı, 27 min 119 ton təyyarə yanacağı ixrac edib.

Bu barədə SOCAR-dan Oxu.Az-a bildirilib.

"Ümumilikdə, 2015-ci ilin yanvar-noyabr ayları ərzində 874 min 473 ton dizel yanacağı, 228 min 480 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. 2015-ci ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 469,26 dollar, təyyarə yanacağının - 435,37 dollar, dizel yanacağının - 407,13 dollar, 1% kükürdlü mazutun qiyməti 210,14 dollar təşkil edib”, - deyə SOCAR-dan qeyd edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM