SOCAR sentyabr ayının hesabatını açıqladı

10:54 | 02.10.2014
SOCAR sentyabr ayının hesabatını açıqladı

SOCAR sentyabr ayının hesabatını açıqladı

SOCAR 2014-cü ilin sentyabr ayında Novorossiysk limanından 84 min 796 ton, Supsa limanından 253 min 829 ton, Çeyhan limanından 1 milyon 725 min 423 ton xam neft ixrac etmişdir.ANN.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.“Ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 762 min 582 ton, Supsa limanından 2 milyon 283 min 286 ton, Ceyhan limanından isə 15 milyon 635 min 401 ton xam neft ixrac edilmişdir”, - deyilir məlumatda.Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.               Bundam əlavə, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, 2014-cü ilin sentyabr ayında 8 min 534 ton atomobil benzini, 83 min 334 ton dizel yanacağı, 19 min 174 ton təyyarə yanacağı və 72 min 889 ton vakuum qazoylu ixrac etmişdir.“Ümumilikdə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 9 min 280 ton avtomobil benzini, 712 min 941 ton dizel yanacağı, 138 min 889 ton təyyarə yanacağı, 417 ton soba mazutu və 358 min 772 ton vakuum qazoylu ixrac edilmişdir. 2014-cü ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-906,31 dollar, təyyarə yanacağının-882,59 dollar, dizel yanacağının-826,08 dollar, 1% kükürdlü mazutun qiyməti 567,01 dollar təşkil etmişdir”, - deyilir məlumatda.Qeyd edək ki, sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 97,30 dollara, Urals nefti-96,13 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 98,29 dollara satılmışdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM