• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
02.12.2024 13:01
2024-cü il dekabrın 1-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus enerji şirkəti SPP ilə noyabr ayında əldə edilmiş razılaşma əsasında Slovakiyaya qaz tədarükünə başlayıb. Bu barədə SOCAR mətbuat açıqlamasında məlumat verib.

Qaz tədarükü, daha geniş enerji əməkdaşlığını araşdırmaq məqsədini daşıyan qısamüddətli pilot müqavilə çərçivəsində həyata keçirilir.
 
"SOCAR və SPP uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyə sadiqdirlər,” - SOCAR müqavilə ilə bağlı əlavə detallar vermədən bildirib.

SOCAR-dakı mənbələr daha əvvəl pilot müqavilənin yalnız dekabrı əhatə edəcəyini, 2025-ci ildə isə əməkdaşlığın daha geniş imkanlarının müzakirə ediləcəyini bildiriblər. Razılaşmaya görə, SOCAR bu ölkəyə 500 milyon kubmetr qaz ixrac edəcək.  

Bu addım, SOCAR-ın ixrac istiqamətlərini şaxələndirmək strategiyasının növbəti mərhələsini təşkil edir. Slovakiya artıq Azərbaycan qazı qəbul edən Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya kimi ölkələr siyahısına qoşulub.
 
Bununla da Slovakiya Azərbaycan təbii qazının çatdırıldığı on ikinci Avropa bazarı olub.

SOCAR-ın Avropaya qaz ixracının 2024-cü ildə 12,5–13 milyard kubmetr təşkil edəcəyi, 2023-cü ildə isə bu göstəricinin təxminən 12 milyard kubmetr olduğu gözlənilir. Bu, Azərbaycanın Avropanın enerji təchizat zəncirindəki artan rolunu vurğulayır.

Bu razılaşma, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində artan əhəmiyyətini bir daha nümayiş etdirir. Blok, geosiyasi və bazar dəyişiklikləri fonunda ənənəvi təchizatçılardan asılılığı azaltmağa çalışır.
 
N.Təbrizli


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol