​SOCAR təyyarə yanacağı ixracını 40% artırıb

16:54 | 01.09.2015
​SOCAR təyyarə yanacağı ixracını 40% artırıb

​SOCAR təyyarə yanacağı ixracını 40% artırıb

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin avqust ayında 90,491 min ton dizel, 27,984 min ton təyyarə yanacağı ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağının ixracı ötən ilin avqust ayına nisbətən 11% azalıb, təyyarə yanacağının ixracı isə 40% artıb.

Bu ilin yanvar-avqust ayları ərzində İdarə 650,797 min ton dizel yanacağı, 159,467 min ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. Hesabat dövründə dizel yanacağının ixracı 3%, təyyarə yanacağının ixracı 33% artıb, soba mazutunun ixracı isə 33% azalıb.

Qeyd edək ki, cari ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 538,51 dollar, təyyarə yanacağı 457,26 dollar, dizel yanacağı 441,75 dollar, 1% kükürdlü mazutun qiyməti isə 232,36 dollar təşkil edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM