“SOCAR Trading” SOCAR və “Azərenerji” ASC-yə bəzi məsləhətlər verib - Toğrul Köçərli

13:09 | 06.06.2024
“SOCAR Trading” SOCAR və “Azərenerji” ASC-yə bəzi məsləhətlər verib - Toğrul Köçərli

“SOCAR Trading” SOCAR və “Azərenerji” ASC-yə bəzi məsləhətlər verib - Toğrul Köçərli

SOCAR Trading SOCAR və "Azərenerji” ASC-yə onların sonrakı satışını təşkil etmək məqsədi ilə karbon kvotaları portfelinin formalaşdırılması ilə bağlı məsləhətlər verir. Bunu "SOCAR Trading"in qlobal biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli bildirib. 

"Yardım həmçinin istixana qazı emissiyalarını azaltmaq üçün lazımi avadanlıqların seçilməsinə də aiddir.

Biz təkcə Azərbaycanda deyil, həm də dünyada , məsələn Afrikada dekarbonizasiya və yaşıl gündəm məsələlərinə diqqət yetiririk”, -  Köçərli əlavə edib.

Baş ofisi Cenevrədə yerləşən "SOCAR Trading” 2007-ci ilin dekabrında SOCAR-ın marketinq bölməsi kimi "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və Azərbaycanın digər yataqlarında hasil edilən Azərbaycan neftini satmaq mandatı ilə qeydiyyatdan keçib.


Şirkətin Cenevrə, London, Sinqapur, Dubay və Hyuston kimi beynəlxalq ticarət mərkəzlərində yerləşən beş əsas satış ofisi, həmçinin bir neçə nümayəndəliyi var.


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM