SOCAR Turkey Enerji borcunu bağlamaq üçün kredit cəlb edib

15:13 | 30.01.2023
SOCAR Turkey Enerji borcunu bağlamaq üçün kredit cəlb edib

SOCAR Turkey Enerji borcunu bağlamaq üçün kredit cəlb edib

Türkiyənin "Petkim Petrokimya Holding” neft-kimya holdinqi "JP Morgan Securities” MMC-dən 300 milyon dollar kredit cəlb edib. Bu barədə Petkim xəbər verir.

"Petkim” JP Morgan Securities ilə 500 milyon ABŞ dolları dəyərində  beşillik istiqrazların qaytarılmasının maliyyələşdirilməsi üçün 300 milyon dollarlıq kredit sazişi imzalayıb”, - Petkim xəbər verir.

"Petkim”dən verilən məlumata görə, kredit üç il müddətinə cəlb edilib, kredit üzrə illik faiz dərəcəsi SOFR +5,6% təşkil edir.

2018-ci il yanvarın 26-da "Petkim Petrokimya Holding” İrlandiya Fond Birjasında 500 milyon ABŞ dolları məbləğində beşillik avrobond yerləşdirib. Avrobondlar illik 5,875%-lə yerləşdirilir. Ödəmə tarixi 26 yanvar 2023-cü ildir.

Bu əməliyyata Goldman Sachs International, JP Morgan Securities Plc, Global Markets Limited, Societe Generale, VTB Capital Plc tərəfindən icazə verilib.

Avrobond emissiyasının məqsədi "Petkim”in STAR neft emalı zavodunda payını əldə etmək olub. 2019-cu ilin mart ayında holdinq bu neft emalı zavodunun tikintisi ilə məşğul olan STAR Rafineri A.S.-də 18% pay sahibi oldu.

3 aprel 1965-ci ildə təsis edilən Petkim Petrokimya Holdinq Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal olunur ki, bunlardan plastik, toxuculuq və digər istehlak və sənaye məhsullarının istehsalında istifadə olunur.

Petkim səhmləri İstanbul Fond Birjasında yerləşdirilib.

SOCAR Turkey Enerji SOCAR-ın Türkiyədəki törəmə müəssisəsidir. Şirkət Türkiyənin neft-kimya kompleksi Petkim Petrokimya Holding-in nəzarət paketinin (51%) sahibidir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM