"SOCAR Turkey" işçilərin sayını artırır

11:54 | 13.08.2015

"SOCAR Turkey" işçilərin sayını artırır

"SOCAR Turkey" şirkəti bu gün 100 min kubmetr həcmində ilk xam neft anbarının inşasına start verib. 

"Petkim" yarımadasında çalışanların sayı isə bu gündən etibarən 9 400 adama çatıb.

 "Report" xəbər verir ki, bu barədə "SOCAR Turkey"in prezidenti Kənan Yavuz məlumat verib.

K.Yavuzun sözlərinə görə, layihə üzrə işlər öz axarınca gedir: "Türkiyə tarixinin ən böyük istehsalçı yatırımçısı olaraq sərmayələrimizin gündən-günə irəlilədiyini görməkdən böyük qürur duyuruq. "Petkim" yarımadasına 10 mlrd. dollar və TANAP üçün 10 mlrd. dollar investisiya yatırdıq. SOCAR olaraq, Türkiyə tarixinin ən böyük sənayeçi yatırımçısıyıq. Bu sərmayələrlə Türkiyə, Azərbaycan bayraqları daha yüksəklərdə dalğalanacaq".

Şirkət rəhbəri "Petlim" limanının inşasının son mərhələsinə başladıqlarını və işlərin vaxtında yekunlaşacağını açıqlayıb: "Petkim"də PVC zəncirinin ilk halqası olan xlor fabrikimizin tutumunu artıracaq 20 mln. dollarlıq sərmayə üçün "Petkim" rəhbərliyinə səlahiyyət verdik. Konteyner gəmilərinə və Nəmrud limanlarına xidmət edəcək 5 ədəd dartqı vasitəsi "Petkim" tərəfindən xidmətə alınıb. Liman inşaatı son mərhələsindədir. Türkiyənin ən yüksək standartlarına sahib olacaq "Petkim" limanı çox yaxında xidmətə başlayacaq".
"SOCAR Turkey" prezidenti, həmçinin "Petkim" emal zavodunun 2015-ci ilin birinci yarısında gəlirinin 232 mln. lirə olduğunu da xatırladıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti