SOCAR Türkiyədə dəniz limanının tikintisinə start verdi

11:38 | 05.08.2015
SOCAR Türkiyədə dəniz limanının tikintisinə start verdi

SOCAR Türkiyədə dəniz limanının tikintisinə start verdi

Türkiyədə inşası davam etdirilən "Star" neft emalı zavoduna xidmət edəcək dəniz limanının inşasına start verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən "SOCAR Turkey” törəmə şirkətinin rəhbəri Kənan Yavuz öz facebook səhifəsində yazıb. 

Onun sözlərinə görə, Türkiyənin ən böyük strateji yatırımı olan zavodun inşasına, bu günə qədər 2 milyard dollar vəsait xərclənib. 

"İstehsala başlamaq üçün 30 ayımız qaldı”-deyə, şirkətin rəhbəri bildirib. 

"İnşaat işlərinə cəlb edilən işçilərin sayı isə çox yaxında 10 minə çatacaq” –deyə, K.Yavuz əlavə edib.

Yavuz bildirib ki, dəniz estakadalarının tikinti işləri 2017-ci ilin may ayında tamamlanacaq. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti