SOCAR resursun Ukraynada yeganə alıcısı olub.
Avqust ayında "PKN Orlen” ("Polski Koncern Naftowy Orlen”) şirkəti Ukraynaya təbii qaz tədarük etməyə başlayıb. Resursun yeganə alıcısı "SOCAR Ukraine” Ticarət Evi olub.
"Report” xəbər verir ki, bu barədə "Enkorr” agentliyi "A-95” konsaltinq qrupuna istinadən xəbər yayıb.
Qaz Polşa sərhəddindəki "Germanoviçi” qazölçmə stansiyasından ötürülüb. Məlumata görə, avqust ayının ilk yarısında "PKN Orlen” Ukraynaya 6 mln. kubmetrə qədər qaz tədarük edib.
Qeyd edək ki, "SOCAR Ukraine” Ukraynada qaz təchizatına bu ilin mart ayının sonunda başlayıb.
Tədarük Polşa, Macarıstan və Rumıniya sərhədlərindən həyata keçirilir. Ötən ay şirkətdən "Report”a bildirilib ki, "SOCAR Ukraine” Ticarət Evi Ukraynaya aylıq qaz təchizatının həcmini mart ayındakı 4,5 mln. kubmetrdən iyunda 50 mln. kubmetrə qədər artırıb.
"SOCAR Ukraine” aylıq təchizatın həcmini 100 mln. kubmetrə qədər artırmağı və Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır.
"PKN Orlen” Mərkəzi Avropanın ən böyük neft emal edən şirkətlərindən biridir. Şirkət Polşada 3, Çexiyada 3 və Litvada 1 neft emalı zavodunu idarə edir.
"PKN Orlen”in Polşa, Almaniya, Çexiya və Litvada ümumilikdə 2 679 yanacaqdoldurma stansiyaları şəbəkəsi var. Şirkət Ukraynaya həm də neft məhsulları tədarük edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !